Bir sıra küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - FOTO

14:10 11.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aparılacaq təmir işləri ilə əlaqədar paytaxtın bir sıra küçələrində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən hafta.az-a bildirilib ki, məhdudiyyətlər iyulun 13-ü saat 07:00-dək aşağıdakı yol sahələrini əhatə edəcək:

Səməd Vurğun küçəsində – Füzuli küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinədək;

Nazim Hikmət küçəsində – Həsən bəy Zərdabi küçəsi və Mətbuat prospektindən Abbas Mirzə Şərifzadə küçəsinədək;

Sənan Abdullayev küçəsində (Baksol yolu) – Ziya Bünyadov prospektindən Sənan Abdullayev küçəsi, döngə 1-dək.

Qeyd olunan ərazilərdə aparılan təmir işləri ilə əlaqədar sürücülərdən müvəqqəti narahatlığa anlayışla yanaşmaları, hərəkət marşrutlarını əvvəlcədən planlaşdırmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.