Turist qayığı aşdı: 15 nəfər həlak olub

14:48 11.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Vyetnamın cənubundakı Fukuok adası yaxınlığında turist qayığının aşması nəticəsində on beş nəfər həlak olub.

Hafta.az xəbər verir ki, bu barədə ölkənin “VnExpress” xəbər portalı məlumat yayıb.

Məlumata görə, qayıq 32 hindistanlı turist və dörd heyət üzvü olub. Hadisə qayıq limandan çıxdıqdan qısa müddət sonra baş verib. Naməlum səbəbdən gəmi aşıb.

İyirmi bir nəfər xilas edilib, on beş nəfər ölüb. Fövqəladə xidmət qurumları qəzanın səbəbini araşdırır.