"Rusiya əvvəllər Türkiyəyə tədarük edilmiş "S-400" zenit-raket kompleksləri məsələsi ilə əlaqədar Ankara ilə təmasları davam etdirir".
Hafta.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə məlumat verib. Daha əvvəl Türkiyə mətbuatında Ankaranın vaxtilə Rusiyadan aldığı "S-400" sistemlərini Fars körfəzi ölkələrindən birinə satacağı barədə məlumatlar yayılmışdı. Qeyd edilmişdi ki, razılaşma barədə yaxın vaxtlarda rəsmi açıqlama veriləcək.
Jurnalistlər Peskovdan Türkiyənin satış üçün icazə istəyib-istəmədiyini və Moskvanın bu vəziyyətə necə reaksiya verdiyini soruşublar.
"Bu barədə yalnız onu deyə bilərəm ki, həmin məsələ olduqca həssas mövzular kateqoriyasına aiddir. Sözügedən mövzu ətrafında Türkiyə tərəfi ilə təmaslarımız olub. Və biz bu təmasları gələcəkdə də davam etdirəcəyik", - deyə Kreml rəsmisi cavab verib./TASS/