DSMF-nin birinci yarımil üzrə gəlir və xərcləri

12:52 10.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin birinci yarımilində proqnozla müqayisədə 5 faiz və ya 197 milyon manat çox olmaqla 4 milyard 295 milyon manat təşkil edib.

Bu barədə Hafta.az-a ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 6 faiz və ya 199 milyon manat artaraq 3 milyard 432 milyon manat olub.

Yanvar-iyun aylarında DSMF-nin xərcləri isə 4 milyard 124 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz və ya 380 milyon manat çoxdur.