Ukrayna yaxın günlərdə ABŞ-dən zenit raketləri alacaq - Zelenski

23:13 09.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, yaxın günlərdə ABŞ Ukraynaya PAC-3 zenit raketlərinin yeni partiyasını göndərəcək.

O, jurnalistlərə açıqlamasında qeyd edib ki, Vaşinqtondan gözlənilən tədarükə əlavə olaraq, NATO sammiti çərçivəsində avropalı tərəfdaşlarla da əlavə PAC-3 sistemlərinin alınması barədə razılaşmalar əldə olunub.