Depozit hərraclara davam

15:57 10.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün depozit hərracı təşkil edib.

Hafta.az xəbər verir ki, bu barədə nazirliyin məlumatında bildirilib.

Hərracın nəticələrinə əsasən, xəzinə hesabının 73 milyon manat məbləğində qalığı ölkənin dörd kommersiya bankında 28 gün müddətinə, 7,24 % orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.