Narkotikin təsiri altında maşın sürən sürücü saxlanılıb

13:33 11.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zərdabda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Hafta.az bildirir ki, Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili narkotik vasitələrin təsiri altında idarə edən N.Ağazadə saxlanılıb.

Müayinə zamanı onun narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub.

Sürücü barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.