Səfir: Bakı ilə Kişineunu dinamik inkişaf birləşdirir

22:19 10.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin may ayında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu təcrübə mübadiləsi, müasir urbanist həllərin müzakirəsi və beynəlxalq əməkdaşlığın inkişafı üçün mühüm platforma olub.

Hafta.az xəbər verir ki, bu fikri Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev “noi.md” xəbər portalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu forum Kişineuya da fayda gətirəcək. “Bakı və Kişineu sürətlə inkişaf edən, həyat üçün daha rahat olan müasir şəhərlərdir. Hər iki şəhəri dinamik inkişaf birləşdirir, bu məkanlarda şəhər infrastrukturuna və ictimai yerlərə böyük diqqət yetirilir. Daha bir ortaq xüsusiyyət sakinlərin mehribanlığı və qonaqpərvərliyidir ki, bu da qonaqların özlərini arzuolunan hiss etmələrinə səbəb olur. Üstəlik, hər bir şəhərin özünəməxsus xarakteri, mədəniyyəti və atmosferi var”, - deyə səfir əlavə edib.

Diplomatın fikrincə, Moldova gələcək inkişaf və çiçəklənmə üçün hər bir imkana malikdir. “Məhz zəngin keçmişin və gələcəyə inamlı baxışın kombinasiyasını onun əsas xüsusiyyətlərindən hesab edirəm”, - deyə Ülvi Baxşəliyev vurğulayıb.