Koreya səfiri Kımqu Kanq Qəbələyə səfər edib

18:45 10.07.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Koreya Respublikasının Azərbaycandakı səfiri Kanq Kımqu Qəbələ rayonuna səfəri çərçivəsində rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevlə görüşüb.

Hafta.az yazır ki, görüş zamanı RİH başçısı tərəfindən rayonun iqtisadi göstəriciləri, sosial və mədəni həyatı, rayonda yaradılan yeni istehsal müəssisələri, sənaye və turizm obyektləri, eləcə də rayonda keçirilən beynəlxalq tədbirlər barədə ətraflı məlumat verilib. Qarşılıqlı səmimiyyət mühitində keçən görüşdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri dinlənilib, qarşılıqlı əlaqələrin inkişaf imkanlarının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Həmçinin  görüş zamanı 20 avqust 2015-ci il tarixdə Qəbələ şəhəri ilə Koreyanın Qyonqcu  şəhəri arasında imzalanmış “Dostluq Münasibətlərinin Qurulması Haqqında Saziş”ə əsasən sıx əlaqələrin olduğu vurğulanıb, bu əlaqələrin daha da genişləndirilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkili məqsədəmüvafiq hesab edilib.

Səfir Kanq Kimqu belə görüşlərin keçirilməsinin iki ölkə arasında siyasi, sosial-iqtisadi və mədəni əlaqələrin daha da inkişaf etməsinə böyük töhvə verəcəyini bildirib və səmimi qonaqpərvərliyə görə təşəkkür edib.

Sonda tərəflər arasında qarşılıqlı hədiyyələr təqdim olunub.