Jorji Jezuş Portuqaliya millisinin yeni baş məşqçisi olub

18:40 10.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə Portuqaliya millisinin yeni baş məşqçisi məlum olub.

Hafta.az Portuqaliya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Jorji Jezuş gətirilib. 71 yaşlı portuqaliyalı mütəxəssis komandanın sükanı arxasında Roberto Martinesi əvəzləyib.

O, 2030-cu ildə Portuqaliya, İspaniya və Mərakeşin birgə ev sahibliyi edəcəyi dünya çempionatının sonunadək milli komandaya rəhbərlik edəcək.

Xatırladaq ki, Portuqaliya millisi DÇ-2026-nın 1/8 finalında İspaniyaya 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Həmin matçdan sonra Roberto Martines istefa verib.