"Türkiyədə qəribə insanların əlinə düşdüm" - İradə İbrahimova

23:40 10.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müğənni İradə İbrahimova illər əvvəl Türkiyədə yaşadığı çətin dövrdən bəhs edib.

Milli.Az xəbər verir ki, sənətçi bildirib ki, Türkiyədə karyerasını inkişaf etdirmək və daha geniş auditoriyaya tanınmaq istədiyi vaxt etibar etdiyi şəxslər tərəfindən həm maddi, həm də mənəvi zərbə alıb:

"İllərdir həyatımda təmiz ortamla yürümüşəm. Azərbaycan səhnəsində də təmiz yolda gedirdim. Getdim Türkiyədə qəribə insanların əlinə düşdüm. 2013-cü il idi. Hamı mənə "Açıb danışma" deyirdi. Bütün pullarımı xərclədim. Məni maddi və mənəvi çökdürdülər. Mənəvi tərəfimi sağaltdım, amma maddi tərəfi hələ də məni yandırır. Taleyimlə barışmışam. Yaxşı ki, bunları yaşamışam".

Müğənni uzun illər bu mövzu barədə danışmaq istəmədiyini, lakin sonradan eyni şəxslərin başqa insanlara da oxşar problemlər yaşatdığını gördükdən sonra məsələni gündəmə gətirməyə qərar verdiyini bildirib.

Sənətçi vurğulayıb ki, yaşadığı çətinliklərə baxmayaraq, bu təcrübələrin ona həyat dərsi verdiyini düşünür.