Sabah çimərliklərdə hava necə olacaq?

16:25 11.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Hafta.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, iyulun 12-də şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.