İki qanun layihəsi müzakirəyə çıxarılıb

15:13 13.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib.

Hafta.az xəbər verir ki, Ali Məclisin mətbuat xidmətinin məlumatına görə, komitə sədri Əjdər Əliyev iclasın gündəliyinin üçüncü oxunuşda olan “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və “Naxçıvan Muxtar Respublikasının fəxri adları haqqında” Naxçıvan Muxtar Respublikasının qanun layihələrinin müzakirəsi olduğunu bildirib.

İclasda gündəlikdə duran məsələlərlə bağlı komitə sədri məlumat verdikdən sonra qanun layihələri Ali Məclisin plenar iclasında müzakirəsinə təqdim olunub.