"Azərbaycan Anaklia limanına maraq göstərir"

15:43 13.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan, Çin, Mərkəzi Asiya ölkələri, eləcə də Qərb şirkətləri Anaklia limanına böyük maraq göstərirlər.

Hafta.az xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili “Rustavi 2” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Anaklia limanı Gürcüstan üçün strateji əhəmiyyətə malikdir: “Qəbul etdiyimiz vacib qərara əsasən, bu strateji obyektin sahibi dövlət olacaq. Dövlət özü limanı inkişaf etdirəcək, bir sıra tərəfdaş ölkələrin maraqlarını birləşdirərək ekosistem yaradacaq”.

Nazir deyib ki, düzgün siyasət və yanaşma ilə Gürcüstanın tərəfdaşlar seçmək imkanı yaranacaq və beynəlxalq əməkdaşlıq sayəsində Anaklia limanına yük axınlarının cəlb edilməsi təmin olunacaq.

Qeyd edək ki, Gürcüstan hökumətinin qərarı ilə Anaklia limanı "landlord" modeli əsasında inşa olunacaq.

Layihəyə yönəldiləcək investisiyaların ümumi həcmi təqribən 1,1 milyard ABŞ dolları təşkil edəcək.