U-20 basketbol millisi Rumıniyanı məğlub edib

20:27 11.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

11 iyul qadınlardan ibarət U-20 millimiz Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatı B divizionunda 9-14-cü yerlər uğrunda görüşdə Rumıniya seçməsi ilə qarşılaşıb.

Hafta.az bildirir ki, oyun millimizin 64:50 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimiz son oyununu 12 iyul Bakı vaxtı ilə saat 19:00-da İsveçrə yığmasına qarşı keçirəcək.

Məlumat üçün bildirək ki, millimiz İsveçrəyə qalib gələrsə, Avropa çempionatını 10-cu sırada bitirəcək.