Forum iştirakçıları Xankəndi və Xocalıda

19:24 13.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 13-də IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Xankəndi şəhərinə və Xocalı rayonuna səfər ediblər.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən hafta.az-a bildirilib ki, səfər çərçivəsində qonaqlar əvvəlcə Xocalı Memorial Kompleksini ziyarət edərək, faciə qurbanlarının xatirəsini ehtiramla anıblar.

Forum iştirakçıları sonra Xankəndi şəhərində aparılan tikinti və infrastruktur işləri ilə yaxından tanış olublar. Qonaqlara həyata keçirilən yenidənqurma və bərpa layihələri barədə ətraflı məlumat verilib. Media nümayəndələri Xankəndi şəhərində yaradılan, tarixi ədalətin və Qələbənin rəmzi olan Zəfər parkını da ziyarət ediblər.

Sonra Xocalı rayonuna səfər olub.

Qeyd edək ki, IV Şuşa Qlobal Media Forumu beynəlxalq jurnalistlərin Qarabağda həyata keçirilən bərpa və quruculuq prosesləri ilə yerində tanış olması baxımından da mühüm əhəmiyyət daşıyır.