Slovakiya Prezidenti Füzulidən Bakıya yola düşüb

21:49 14.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 14-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb.

Hafta.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev Füzuli Beynəlxalq Hava Limanında Slovakiya Prezidentinə Füzuli, Zəngilan və Laçın beynəlxalq aeroportları haqqında məlumat verdi.

Prezident Peter Pelleqrinini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər yola saldılar.