Maykl Cekson haqqında çəkilən film rekord vurdu

19:37 14.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mərhum pop musiqisinin əfsanəsi Maykl Ceksonun həyatından bəhs edən "Maykl" bioqrafik filmi böyük kommersiya uğuru qazanıb.

Hafta.az xəbər verir ki, ekran əsəri dünya kinoteatrlarında 1 milyard dollarlıq gəlir əldə edərək bioqrafik filmlər arasında yeni rekorda imza atıb. Layihə eyni zamanda "Lionsgate" studiyasının tarixində ən yüksək gəlir gətirən film kimi də yadda qalıb.

Qeyd edək ki, filmdə Maykl Cekson obrazını onun qardaşı oğlu Cəfər (Jaafar) Cekson canlandırır. Bioqrafik ekran işinin ərsəyə gəlməsində sənətkarın ailə üzvləri də yaxından iştirak ediblər.