Yazını böyüt
Yazını kiçilt
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18 il Qətərə rəhbərlik etmiş Qətərin keçmiş əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar başsağlığı vermək üçün Dohaya yola düşüb.
Bu barədə Türkiyə KİV məlumat yayıb.
Şeyx Həməd bin Xəlifə Al Tani 1995–2013-cü illərdə Qətərə rəhbərlik edib. O, 2013-cü ilin iyununda könüllü şəkildə taxtdan imtina edərək hakimiyyəti oğlu, hazırkı əmir Şeyx Təmim bin Həməd Al Taniyə təhvil verib.
74 yaşında vəfat edən keçmiş əmir Dohadakı Lusail qəbiristanlığında dəfn olunub. Qətərdə bununla əlaqədar dörd günlük matəm elan edilib.