İranın Hindistandakı diplomatı XİN-ə çağırıldı

16:06 14.07.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranın Yeni Dehlidəki diplomatik nümayəndəliyinin rəhbəri Hindistan Xarici İşlər Nazirliyinə çağırılıb. Səbəb İranın Hörmüz boğazında ticarət gəmilərinə hücum etməsidir.

DUNYAİNFO yazır ki, nazirliyin sözçüsü Randhir Caysval bildirib ki, Hindistanın hücumlarla bağlı sərt etirazı İran səfirliyinin rəhbərliyinə çatdırılıb.

Hindistan Xarici İşlər Nazirliyi "Mombasa" və "Bahia" gəmilərinə edilən hücumları pisləyib. Hər iki gəmidə ümumilikdə 30 hind dənizçinin olduğu açıqlanıb.

Hücumlar nəticəsində bir hind dənizçisi həlak olub. Nazirlik bu məsələyə ciddi yanaşdığını bildirib.

Hindistan boğazdakı vəziyyəti izləməyə və vətəndaşlarının təhlükəsizliyini təmin etməyə davam edir.