Nihat Kehveci saxlanılıb

14:21 14.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə millisinin sabiq futbolçusu Nihat Kahveci polis tərəfindən saxlanılıb.

Hafta.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Bildirilir ki, buna veteran hücumçunun həyat yoldaşına qarşı davranışı səbəb olub.

Hadisə İstanbulun Sarıyer rayonundakı restoranlardan birində baş verib. İddialara əsasən, 45 yaşlı mütəxəssislə xanımı arasında mübahisə yaranıb və onun qadına fiziki zorakılıq tətbiq etdiyi bildirilib.

Hadisə yerinə çağırılan polis əməkdaşları Nihat Kahvecini saxlayaraq şöbəyə aparıblar. O, ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Hazırda hadisə ilə bağlı araşdırma davam etdirilir.

Qeyd edək ki, Nihat Kahveci futbolçu karyerası ərzində Türkiyənin "Beşiktaş", İspaniyanın "Real Sosyedad" və "Vilyarreal" klublarında çıxış edib. Hazırda isə o, idman şərhçisi kimi fəaliyyət göstərir.