Yazını böyüt
Yazını kiçilt
Ağdərə rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Qəza gecə saatlarında Həsənriz-Umudlu yolunda qeydə alınıb.
Hafta.az xəbər verir ki, avtomobilin aşması nəticəsində Kəlbəcər rayon sakinləri - N.Əsgərov və həyat yoldaşı K.Əsgərova həyatını itirib.
Avtomobildə olan digər Kəlbəcər sakini M.İsmayılova xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.