Türkiyə Netanyahunun həbsi üçün qırmızı order verdi

13:55 14.07.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İstanbul 11-ci Ağır Cinayət Məhkəməsi Sumud Donanması işində bir nömrəli təqsirləndirilən şəxs olan İsrail Baş naziri Binyamin Netanyahu üçün qırmızı order verib.

Hafta.az yazır ki, Netanyahu və digər təqsirləndirilən şəxslər "insanlığa qarşı cinayətlər", "soyqırım", "əmlaka zərər vurma", "ağır soyğunçuluq", "qəsdən xəsarət yetirmə", "işgəncə", "nəqliyyat vasitələrinin hərəkətinə mane olma", "adam oğurluğu və ya qanunsuz həbs" və "azadlıqdan məhrum etmə" kimi ittihamlarla üzləşirlər.