Yazını böyüt
Yazını kiçilt
Əlcəzairin paytaxtı yaxınlığında yerləşən uşaq evində baş verən yanğın nəticəsində azı 11 nəfər həlak olub, 19 nəfər yaralanıb.
Hafta.az ölkənin Mülki Müdafiə Xidmətinə istinadla xəbər verir ki, hadisə Məhəmmədiyyə rayonunda qeydə alınıb. Yanğının başvermə səbəbi hələlik məlum deyil, yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Məlumata görə, həlak olanların yaşı açıqlanmayıb.