Sergey Koretski Baş nazir təyin edildi

14:54 16.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sergey Koretski Ukraynanın yeni baş naziri təyin edilib. Hökumət başçısı postuna Koretskinin gətirilməsinin lehinə 289 millət vəkili səs verib.

Hafta.az xəbər verir ki, parlament bu həftədən etibarən Nazirlər Kabinetində dəyişikliklərə start verib. İyulun 14-ü çərşənbə axşamı sabiq baş nazir Yuliya Sviridenko istefaya göndərilib və nəticədə bütün hökumət heyəti buraxılıb.

Ölkə başçısı Vladimir Zelenskinin hökuməti yeniləmək niyyəti barədə xəbərlər yayıldıqdan sonra, ötən bazar günündən kadr dəyişiklikləri əsas müzakirə mövzusuna çevrilib. Sviridenko hökumətindəki nazirlərin böyük qisminin öz postunu qoruyacağı gözlənilsə də, bəziləri vəzifə ilə vidalaşmalı olacaqlar.

Məlumat üçün bildirək ki, Sergey Koretski 2025-ci ildən etibarən "Naftogaz Ukrayna" şirkətinə rəhbərlik edir. Daha öncə isə o, istər özəl sektorda, istərsə də dövlət enerji müəssisələrinin idarə olunmasında böyük təcrübə qazanıb./"RBK-Ukrayna"/