ABŞ-ın İrana hücumları zamanı ÖLƏNLƏRİN SAYI AÇIQLANDI

12:41 17.07.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İran Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kermanpur X sosial media platformasındakı hesabında hücumlarla bağlı son məlumatları paylaşdı.

Hafta.az yazır ki, Kermanpur iyul ayı ərzində ABŞ-nin hücumları nəticəsində qadın və uşaqlar da daxil olmaqla 38 nəfərin həlak olduğu, 400-dən çox insanın yaralandığını bildirdi.

Kermanpur əvvəlki açıqlamasında hücumlarda 35 nəfərin öldüyünü və ən azı 300 nəfərin yaralandığını açıqlamışdı.