İki nəfərin öldüyü qəzanın görüntüləri yayıldı - VİDEO

16:07 17.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tərtər rayonunda iki nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisənin görüntüləri yayılıb.

Hafta.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, hadisə ötən gün saat 16:00 radələrində rayonun Təzəkənd kəndi ərazisində baş verib.

Belə ki, Bərdə rayon sakini, 64 yaşlı Adil Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomobil əks hərəkət zolağına çıxaraq qarşıdan gələn Əzim Əhmədovun idarə etdiyi “DAF” markalı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində “Mercedes”in sürücüsü Adil Əhmədov və sərnişini – həyat yoldaşı Elza Əmirova hadisə yerində ölüb. Yük avtomobilinin sürücüsü isə xəsarət alıb.

İlkin araşdırmalara görə, hadisənin “Mercedes” markalı avtomobilin sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verməsi ehtimal olunur.

BDYPİ bildirib ki, isti hava şəraitində yorğun və yuxusuz halda avtomobil idarə etmək ağır qəzalara səbəb ola bilər. Qurum sürücüləri uzaq məsafəyə çıxarkən fasilələrlə dincəlməyə və imkan daxilində günün sərin saatlarında yola çıxmağa çağırıb.