Yazını böyüt
Yazını kiçilt
"Yeni Klinika" həbsdə olan sabiq deputat Rafael Cəbrayılovun vəfatı ilə bağlı açıqlama yayıb.
Hafta.az xəbər verir ki, "Yeni Klinika"dan verilən məlumata görə, R.Cəbrayılov 60 saturasiya ilə xəstəxanaya daxil olub:
"Həkimlərin ciddi səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb".
Qeyd edək ki, Rafael Cəbrayılov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunaraq həbs olunmuşdu. Onun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılırdı.