Yazını böyüt
Yazını kiçilt
"Yeşilçam"ın bir çox filmlərində rol alan aktyor Kadir Kök vəfat edib.
Hafta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 83 yaşlı aktyorun ölüm xəbərini həmkarı Cüneyt Arkın verib.
O, paylaşımında "İçimdən bir parça qopdu. Yaxşı dost, vəfalı əməkçi Kadir Kökün vəfat xəbərini öyrəndim. Ailəsinə, yaxınlarına və sevənlərinə baş sağlığı diləyirəm" sözlərini yazıb.