128 namizəd bağçalara işə qəbul edilib

15:03 02.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin cari tarixədək statistik göstəriciləri açıqlanıb.

Bu barədə hafta.az-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, bu vaxta qədər müsabiqədən keçmiş 128 namizəd test imtahanı və müsahibə nəticələrinə uyğun olaraq faktiki yaşayış yeri üzrə yerlərə yerləşdirilib.