Sakaryanın Karasu rayonunda əyləncə mərkəzinin qarşısında bağlanmış Pitbull itini 14 güllə ilə öldürən Mustafa Orhan tutularaq həbsxanaya göndərilib.
Hafta.az-ın yazdığına görə, Sakaryada baş verən hadisədə iyulun 7-nə keçən gecə baş verib. Əyləncə məkanının qarşısında dirəyə bağlanmış Pitbull iti başqa bir əyləncə məkanının sahibi Mustafa Orxana hücum edərək onu qarnından yaralayıb.
Ertəsi gün özü ilə gətirdiyi silahla dirəyə bağlanan itə atəş açan Orxan iti 14 güllə ilə öldürüb.
İti öldürən Mustafa Orxan və əyləncə məkanının, eləcə də itin sahibi İdris Küçük nəzarətə götürülüb. Mustafa Orxan polis bölməsində verdiyi ifadəsində iti ona hücum etdiyi üçün öldürdüyünü bildirib.
Mustafa Orhan "sahibi olan heyvanı öldürmək" ittihamı ilə həbs olunarkən, İdris Küçük qadağan olunmuş cins itləri saxladığı və lazımi tədbiri görmədiyi səbəbilə həbs edilərək həbsxanaya göndərilib.
İtin Mustafa Orxana hücum etdiyi və Orxanın iti vurduğu anlar əyləncə məkanının təhlükəsizlik kamerasına düşüb.