Yazını böyüt
Yazını kiçilt
Rusiya parlamentinə təqdim edilən yeni qanunda ölkə üzrə 14 yaşına çatmamış bütün uşaqların ictimai nəqliyyatdan pulsuz istifadə etməsi nəzərdə tutulur.
Hafta.az-ın yazdığına görə, Liberal Demokrat Partiyasının hazırladığı qanun layihəsinin rəy verilməsi üçün hökumətə göndərildiyi bildirilib.
Məlumat üçün qeyd edək ki, mövcud qanuna görə, uşaqlar 7 yaşından sonra ictimai nəqliyyatdan istifadə etmək üçün pul ödəməlidirlər.
Millət vəkilləri deyirlər ki, uşaqlar çox vaxt məktəb və fərdi dərslər üçün uzun məsafələri təkbaşına piyada getməli olurlar və bu, onların həyatı üçün təhlükəlidir.