Britaniyalı model Nilam Gill özü və iyulun 28-də birlikdə görüntüləndiyi Leonardo Di Kaprio haqqında yayılan sevgi şayiələrinə cavab verib.
Hafta.az-ın “People”yə istinadən yazdığına görə, 28 yaşlı model Sardiniyanın Porto Cervo şəhərində üst üaçıq yaxtada Di Kaprionun yanında qayıq bikini geyinərək görüntülənib.
Fotolar tanışlıq fərziyyələrinə səbəb olsa da, Gill bu düşüncənin insanların beynində uzun müddət qalmasına imkan verməyib. Fotolar sızandan sonra o, İnstaqram səhifəsində hadisəyə aydınlıq gətirib.
"Şaiyələrə aydınlıq gətirmək üçün... Mən Leonardo Di Kaprionun "yeni sevgisi" deyiləm", - Gill yazıb. “Mənim əslində onun yaxın dostu ilə ciddi münasibətim var və bu, aylardır davam edir. Eyni çevrədə görünməyimizin yeganə səbəbi mənim sevgilimlə orada olmağımdır. Ümid edirəm ki, bu, bütün yalan xəbərlərə işıq salacaq”, - o, əlavə edib.
"Wolf of Wall Street"in baş qəhrəmanının supermodellə əlaqəsi ilk dəfə deyil. Di Kaprio daha əvvəl Gisele Bündhen, Nina Agdal, Kamila Morrone və Bar Refaeli ilə görüşüb. Oskarlı aktyorun Gilldən əvvəl model Gigi Hadidlə tanış olduğu deyilirdi. İyulun 4-ü həftə sonu məşhurlar Hamptonsda qucaqlaşarkən görüntüləniblər.
Bir mənbə "Onlar fərqli qruplarda idilər, lakin iki gecə birlikdə əyləndilər. Onlar görüşdülər və Gigi xoşbəxt görünürdü" deyib.
“People” yazır ki, Di Kaprio və Gill dənizdə vaxt keçirməzdən əvvəl Hadid və kino ulduzu ailəsi ilə birlikdə Londonda restoranda görüntüləniblər.