30 il əvvəl müharibəni seçməklə səhv etdik... - ERMƏNİ DEPUTATDAN ETİRAF

13:57 02.08.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

30 il əvvəl dağılan bir imperiyanın iztirabları zamanı yenidən ölümü və müharibəni seçib “qalib” olanda və qürurdan kor olanda səhv etdik.

Hafta.az xəbər verir ki, bu barədə avqustun 2-də Ermənistanın keçmiş səhiyyə naziri, hakim partiyadan olan deputat Arsen Torosyan özünün “Facebook” səhifəsində yazıb.

“Nə vaxta qədər həyatı yox, ölümü seçməliyik? Nə vaxta qədər yanılmalıyıq? Səhv etdiyimizi etiraf etməliyik.Bu günə qədər biz öz səhvlərimizi etiraf etmirik, yer üzündə reallıqla üzləşməkdən imtina edirik və ölümü seçməyə davam edirik. Dünya öz səhvlərinin təkrarını deyil, etirafını gətirəcək.
Bizim obyektiv reallığı inkar edərək, öz şıltaqlığımıza uyğun şərh edərək, eyni səhvləri təkrar etməyə haqqımız yoxdur”, - deyə deputat yazıb.

Siyasət rubrikasından digər xəbərlər