Rusiya prezidenti, 7 oktyabr 1952-ci ildə anadan olan Vladimir Putin ad gününü qeyd edib. Rusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin sorğusunda ictimaiyyətin Putini ad günü münasibətlə təsvir etmək üçün istifadə etdiyi sifətlər müəyyən olunub.
Hafta.az-ın yazdığına görə, sorğunun nəticələrinə əsasən, rusiyalıların 89 faizi Vladimir Putinin sakit, 87 faizi aktiv və enerjili, 86 faizi iradəli və qətiyyətli, 80 faizi isə müdrik olduğunu bildirib.
Respondentlərin demək olar ki, dörddə üçü Rusiya liderini dürüst və layiqli, 73 faizi ədalətli kimi xarakterizə edir, rusların 72 faizi isə Putinin başqalarının fikirlərinə qulaq asmaq və hörmət etmək bacarığını qeyd edib.
Sorğuya əsasən, rusiyalıların yarıdan çoxu - 79 faiz Vladimir Putinin prezident postuna digər siyasətçilərdən daha uyğun olduğuna inanır.
Məlumatlara görə, vətəndaşların 72 faizi Vladimir Putinin ölkə və xalq üçün çox şey etdiyini, 21 faizi isə əksinə düşünür. Rusiyalıların dörddə üçünün fikrincə, Vladimir Putin ölkədə sabitliyi və inkişafı təmin edə bilər, amma 19 faiz respondent bunun əksini deyib.