75-ci Kann Film Festivalının vaxtı müəyyənləşib

10:28 21.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

75-ci Kann Film Festivalı 2022-ci ildə mayın 17-dən 28-dək keçiriləcək.

Hafta.az xəbər verir ki, bu haqda festivalın tviter hesabında məlumat verilib.

Qeyd edək ki, 74-cü Kann Film Festivalının “Qızıl Palma” mükafatına 37 yaşlı fransız rejissor və ssenaristi Culia Dükurnonun “Titan” filmi layiq görülüb. O, 28 ildən sonra yeni zelandiyalı Ceyn Kamyondan (Jane Campion) sonra bu mükafatı qazanan 2-ci qadın rejissordur. Ceyn Kampyon bu mükafata “Pianino dərsi” filminə görə layiq görülmüşdür. 74-cü Kann Film Festivalının münsiflər heyətinə amerikalı rejissor Spike Lee sədrlik edib.

Oxunma sayı 596