90 yaşında beşinci dəfə evləndi, ALTINCIYA HAZIRLAŞIR

18:16 17.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanından olan uzun ömürlü kişi beşinci arvadı ilə toy edib. Bu barədə Gulf News xəbər verir.

Beşinci evliliyindən sonra 90 yaşlı Nasser bin Dahaima bin Wahq Al Murshidi Al Otaibi deyib: "Ailə həyatı iman və aləmlərin Rəbbi olan Uca Allahın hüzurunda qürur mənbəyidir. O, rahatlıq, dünya rifahı gətirir və mənim sağlamlığımın sirridir. Dini qorumaq və doyumlu həyat sürmək naminə ailə qurmağa tərəddüd edən gəncləri təşviq edirəm”.

Kişinin sözlərinə görə, qocalıq evliliyə mane olmur. Artıq dörd övladı olsa da, daha çox uşaq sahibi olmaq arzusunun olduğunu qeyd edib.