958 tələbə yerdəyişmə EDİB

16:47 25.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2025-2026-cı tədris ili üçün elektron sistem vasitəsilə ümumilikdə 1500-dən çox tələbə yerdəyişmə üçün müraciət edib.

Hafta.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin ötən ilin təhsil hesabatında bildirilib.

Qeyd olunub ki, ali və orta ixtisas təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi prosesi təmin edilib:

"Yekunda orta ixtisas təhsil müəssisələri üzrə 178, ali təhsil müəssisələri üzrə isə 780 tələbənin müraciəti barədə müsbət qərar qəbul edilib".