İdris Elba Robert De Nironun ofisindən necə qovulduğunu danışıb

10:34 26.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünən axşam Screen Actors Guild (SAG) Mükafatlarında səhnəyə çıxan məşhur aktyor İdris Elba, karyerasına yeni başladığı dövrdə Robert De Nironun ofisindən necə qovulmasından danışıb.

Hafta.az-ın yazdığına görə, ulduz aktyorların karyera səyahətlərindən danışdıqları ənənəvi “Mən aktyoram” rubrikasında mərasimin 30-cu ildönümünü qeyd etmək üçün Maykl Kera, Kolman Domingo, Hannah Vaddingham və İdris Elba səhnəyə çıxıblar.

51 yaşlı Elba ustad aktyor Robert De Niro haqqında gülməli xatirə paylaşıb. Elba xatirəsinə "Mən bu işə yeni başlayanda 19 yaşım var idi, Robert De Nironun Tribekadakı ofisinə girmişdim" deyərək başlayıb.

"Killers of the Flower Moon" filmindəki roluna görə Oskar mükafatına namizəd olan De Niro haqqında danışan Elba, 1993-cü ildə kriminal "A Bronx Tale" filmində dinləmələrə getməyə çalışdığını açıqlayıb.

Elba bildirib ki, Robert De Nironun rejissoru olduğu filmin dinləmələrinə dəvət almasa da, birtəhər həm mühafizəçini, həm də resepsiyonisti görüş vaxtı olduğuna inandıra bilib.

"Mən öz ingilis cazibəmdən istifadə etdim. "İvitation to Temptation"a belə gəldim” deyib İdris. Məşhur aktyor daha sonra bu açıqlamanı verib: "Xeyr, yalan deyirəm, “İnvitation to Temptation” filmində rol almamışam. O vaxt Robert De Nironun prodüser ortağı tərəfindən ofisdən qovulmuşdum”.

“Luther” ve “Hijack” seriallarının ulduzu sözlərini “Mən İdris Elbayam, mən aktyoramam” deyərək tamamlayıb.

De Nironun rejissorluq debütü olan “İnvitation to Temptation” Cazz Palminterinin 1989-cu ildə eyniadlı tamaşasından uyğunlaşdırılıb. Filmdə Palminteri və De Niro çəkilib.

Film kassada böyük uğur qazanmasa da, tənqidçilər tərəfindən yüksək qiymətləndirilib. Palminterinin aktyorluq karyerasına start verən kriminal film De Nironun rejissor kimi qəbul olunmasına kömək edib.

Oxunma sayı 265