İlin birinci yarısında “Qazprom” rekord zərərə uğrayıb

12:20 29.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın təbii qaz nəhəngi “Qazprom” ilk dəfə 2023-cü ildə qaz hasilatı və tədarükü üzrə əməliyyat göstərici hesabatlarını dərc edib.

Hafta.az-ın yazdığına görə, şirkətin hesabatına görə, ilin birinci yarısında təbii qaz və əlaqədar qaz hasilatı 24,7 faiz azalaraq 179,45 milyard kubmetr olub. 2022-ci ilin eyni dövründə bu rəqəm 238,46 milyard kubmetr idi.

Digər tərəfdən, neft və qaz kondensatı hasilatı 8,8 faiz artaraq 36,31 milyon tona çatıb. Məlumata görə, neft hasilatının artması yeni quyuların tikintisi və istismara verilməsi ilə bağlıdır.

Şirkətin məlumatına görə, yanvar-iyun aylarında daxili və xarici bazarlara satışlar 26,5 faiz azalaraq 166 milyard kubmetr təşkil edib. 2022-ci ildə bu rəqəm 25,7 milyard kubmetr olub.

Hesabatda həmçinin bildirilir ki, Avropada iqtisadi fəaliyyətlərin yavaşlaması qaz istehlakı səviyyəsinin aşağı səviyyədə saxlanması ilə nəticələnib. Bəyanatda həmçinin vurğulanır ki, bu regionda Rusiya qazına tələbat geosiyasi amil və Avropanın yeraltı qaz anbarlarının yüksək doluluq səviyyəsinə mənfi təsir göstərir.

“Qazprom” qaz hasilatının azaldılmasını “bir sıra ölkələrdə” Rusiya qazının idxalını rədd etmək üçün “siyasi motivli qərarlar” kimi izah edib.

Siyasət rubrikasından digər xəbərlər