Ermənistan Respublikası Hökuməti Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında Dövlət Sərhədinin Delimitasiyası və Sərhəd Təhlükəsizliyi Komissiyasıları arasında görüşlərin və birgə işçi görüşlərin təşkili və keçirilməsi qaydasını təsdiq edib.
Hafta.az xəbər verir ki, bu haqda “Aysor” məlumat yayıb.
Layihəni təqdim edən Ermənistan Respublikası ədliyyə nazirinin müavini Ara Mkrtçyan bildirib ki, işçi qaydanın qəbulu nəticəsində Ermənistan və Azərbaycanın sərhəd komissiyalarının üzvlərinə iki dövlət arasında dövlət sərhədi ilə bağlı müvafiq sənədin daha da işlənib hazırlanması və imzalanması məqsədilə görüşlər və birgə iş yolu ilə sərhədlərin delimitasiyası və demarkasiyası prosesləri, onların hüquqi və texniki aspektlərinininkişaf üçün zəmin yaratmaq imkanı verilir.
Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bildirib ki, bu sənəd hazırda təşkilati məsələləri və iki tərəf arasında qarşılıqlı fəaliyyət prosedurunu tənzimləyir.
“Növbəti mərhələdə biz başqa iş qaydasını hazırlamalıyıq, biz onu bir daha müzakirə edəcəyik, sonra daha mənalı olacaq hüquqi akt formasını verəcəyik, çünki onun köməyi ilə artıq metodologiyanı təsvir etməli və son dərəcə vacib olan xəritənin tərifini və hüquqi əhəmiyyət kəsb edən sənəd dedikdə nəyin nəzərdə tutulduğunu nəyin lazım olduğunu müəyyən etməliyik. Düşünürəm ki, bu metodologiyanı razılaşdırdıqdan sonra biz konkret sənədlər və topoqrafik xəritələrin müzakirəsi formatı ilə işləməyə davam edəcəyik”, - Qriqoryan izah edib.
Baş nazir Nikol Paşinyan da bəyan edib ki, belə bir qərar Azərbaycan tərəfi tərəfindən təsdiqlənməlidir.
“İlk dəfədir ki, sərhədin demarkasiyası prosesi institusional əsasa qoyulur, bu çox vacibdir”, -deyə Paşinyan bildirib.