Övladını təhlükəyə atan motosiklet sürücüsü saxlanıldı - VİDEO

19:20 23.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda motosiklet sürücüsünün azyaşlı övladını təhlükəli şəkildə daşıması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.

Hafta.az xəbər verir ki, araşdırmalarla həmin motosikletin 99-R-408 dövlət qeydiyyat nişanlı olduğu və sürücünün 1990-cı il təvəllüdlü şəxs olduğu müəyyən edilib.

Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun hərəkətləri ilə bağlı hüquqi məsuliyyət tədbirləri görülür.