Yazını böyüt
Yazını kiçilt
Böyük Britaniyada millət vəkili Sammi Uilson parlamentdəki çıxışında ölkəsini Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) tanınmağa çağırıb.
Hafta.az-ın yazdığına görə, KKTC-nin Böyük Britaniya tərəfindən tanınmasının vacib olduğunu dilə gətirən Uilson, Kipr türklərinin London üçün Kipr yunanlarından daha yaxşı tərəfdaş olacağını da ifadə edib.
İngilis millət vəkili “Böyük Britaniyanın KKTC-ni Kipr türk əhalisi üçün qanuni hökumət olaraq tanımaması üçün heç bir səbəb görmürəm. Mən həqiqətən də onların Böyük Britaniya üçün yaxşı tərəfdaş olduğunu düşünürəm. Çünki Kipr yunan əhalisindən fərqli olaraq, onlar heç vaxt adadakı dominant hərbi bazalarımızı hədəf almadılar və ya əleyhinə kampaniya aparmadılar” deyib.