İran 18 min əfqan miqrantı deportasiya etdi

12:07 13.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Xorasan Rezavi vilayətinin Polis İdarəsinin rəisi Məcid Şoca bildirib ki, son 10 ildə ölkənin müxtəlif bölgələrində sərhədçilər və polis qrupları tərəfindən aşkarlanan 17926 qeyri-qanuni əfqan mühacir deportasiya edilib. 

Hafta.az-ın yazdığına görə, bu barədə İranın yarı-rəsmi Mehr Xəbər Agentliyi məlumat yayıb.  

İran rəsmisi bildirib ki, əfqanlar Doğarun Sərhəd Qapısı vasitəsilə vətənə qaytarılıb.

Digər tərəfdən İranın daxili işlər naziri Əhməd Vahidi ölkədəki əfqan mühacirlərin sayının 5 milyondan çox olduğunu bildirib.