İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi başlayıb - CANLI

22:59 09.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi başlayıb.

Hafta.az xəbər verir ki, tədbir başlamamışdan əvvəl türk qırıcıları Konya Böyükşəhər Bələdiyyəsi Stadionunun üzərində nümunəvi uçuşlar həyata keçirərək, məharətlərini göstəriblər.

Tədbir isə Livan əsilli isveçli müğənni Maher Zeynin konsert proqramı ilə başlayıb.

Daha sonra Qurani Kərimdən ayələr oxunub.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 200 idmançı yarışır. Avqustun 18-dək davam edəcək İslamiadada Azərbaycanın ümumilikdə 281 idmançısı qüvvəsini sınayacaq.

 

 
Oxunma sayı 262
Siyasət rubrikasından digər xəbərlər