İsrail Mərkəzi Statistika Bürosu (CBS) 2023-cü ilin son rübü üçün artım məlumatlarını açıqlayıb.
Hafta.az-ın yazdığına görə, Qəzzaya edilən hücumlar İsrail iqtisadiyyatına mənfi təsir göstərib. İsrailin ümumi daxili məhsulu (ÜDM) ötən ilin dördüncü rübündə əvvəlki rüblə müqayisədə 19,4 faiz azalıb.
Bazar gözləntiləri İsraildə ÜDM-in 10 faiz azalması idi.
Bəyan edilən son məlumatların bazar gözləntilərindən xeyli yüksək iqtisadi daralma aşkar etməsi diqqəti çəkib. 2022-ci ildə 6,5 faiz böyüyən İsrail iqtisadiyyatı 2023-cü ildə 2 faiz artıb.
Ötən il İsraildə adambaşına düşən ÜDM 0,1 faiz azalıb. Son rübdə İsraildə özəl xərclər 26,9 faiz, ixrac 18,3 faiz, investisiyalar isə 67,8 faiz azalıb, dövlət xərcləri 88,1 faiz artıb.
İsrail Bankı münaqişənin 2025-ci ilin sonuna qədər İsrailə təxminən 70 milyard dollara başa gələcəyini gözləyir.
Bu ay Moody's İsrailin kredit reytinqini aşağı salaraq, müharibə nəticəsində yaranan siyasi risklərin artmasını və dövlət maliyyəsinin mənfi olmasını əsas gətirib.