İstanbuldakı su anbarlarının doluluq nisbəti son 9 ilin ən aşağı səviyyədədir. Professor Hüseyn Toros deyib ki, bu həcm o deməkdir ki, “Yeşilçay” və “Melen” nəzərə alınmasa, meqaşəhərin 4 aylıq suyu qalıb.
Hafta.az-ın yazdığına görə, İstanbulu su ilə təmin edən bəndlərin doluluq nisbəti son bir həftədə 1,06 faiz azalaraq 43,62 faizə enib.
İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) iyunun 26-da yaydığı açıqlamada deyilir ki, bu göstərici son 9 ilin eyni dövrü ilə müqayisədə ən aşağı faktdır.
Anbarların doluluq nisbətləri Ömərlidə yüzdə 46,7, Darlıkda yüzdə 16,8, Terkosda yüzdə 14,9, Büyükçəkməcədə yüzdə 10,5, Sazlıdərədə yüzdə 6,6, Əlibəydə yüzdə 2,2, Elmalı, Pabuçredə yüzdə 0,9, İstrancalar və Kazandərədə isə 0,2 faizdir.
Şəhəri su ilə təmin edən bənd və gölməçələrin anbar həcmi 868,68 milyon kubmetr, suyun miqdarı isə hazırda 378,89 milyon kubmetr olaraq ölçülüb.
İstanbulda dünənki gündəlik su istehlakı 2 milyon 97 min kubmetr olub.
Məlumatda o da qeyd olunub ki, bu il Melen və Yeşilçaydan götürülən suyun miqdarı 423,52 milyon kubmetr təşkil edib. Bu il içməli sutəmizləyici qurğulardan şəhərə verilən suyun həcmi isə 535,12 milyon kubmetr müəyyən olunub.