“İtaliya müharibədə dolayısı ilə Ukraynanın tərəfindədir” – Səfir

10:30 29.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“İtaliya dolayı yolla Ukraynadakı hərbi münaqişənin iştirakçısına çevrilib və Kiyevin tərəfindədir”.

Hafta.az-ın “RİA Novosti”yə istinadən yazdığına görə, bunu Rusiyanın Romadakı səfiri Aleksey Paramonov deyir. Onun sözlərinə görə, Moskva ilə Roma arasında münasibətlərdə geri dönüş nöqtəsi hələ keçməyib, lakin indi onlar “dramatik an yaşayırlar”.

Diplomat qeyd edib ki, il yarımdır “bloka mənsubiyyət, xarici təzyiq və emosiyaların təsiri altında İtaliya birtərəfli qaydada Rusiyadan qoparılıb”. “Təəssüf ki, digər NATO ölkələri kimi İtaliya da dolayısı ilə Zelenskinin tərəfində Ukrayna münaqişəsinin iştirakçısına çevrildi”, - diplomat bildirib.

Paramonov qeyd edib ki, buna baxmayaraq, Rusiya ilə İtaliya arasında diplomatik münasibətlər qorunur. Onun sözlərinə görə. rabitə kanalları digər məsələlərlə yanaşı, hüquqi və fiziki şəxslərin maraqlarını qorumaq, ən azı minimum dövlətlərarası əlaqəni saxlamaq və təhlükəli anlaşılmazlıqların qarşısını almaq üçün istifadə olunur. "Etiraf etməliyik ki, ikitərəfli münasibətlərə dəyən ziyan böyük olub, lakin yəqin ki, geridönüş nöqtəsi hələ keçməyib", - Aleksey Paramonov əlavə edib.

Siyasət rubrikasından digər xəbərlər