İyulun 16-da rezidenturaya imtahan keçiriləcək

14:28 11.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rezidenturaya qəbul imtahanının I mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) 2-ci cəhdi iyulun 16-da Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən hafta.az-a verilən xəbərə görə, “İmtahana buraxılış vərəqəsi” çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=32 linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.