İzmirdə 170 nəfər qeyri-qanuni miqrant saxlanılıb

12:54 16.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin İzmir vilayətinin Konak rayonunda 170 nəfər qeyri-qanuni miqrant saxlanılıb.

Trend xəbər verir ki, vilayətin Qeyri-qanuni miqrantlara qarşı mübarizə idarəsinin əməkdaşları Basmanedə qeyri-qanuni miqrantların müvəqqəti qaldırları və işlədikləri yerdə əməliyyat keçiriblər.

Əməliyyat zamanı qeyri-qanuni miqrantlar deportasiya olunmaq üçün geri qaytarma mərkəzinə təhvil verilib.